Prezident İlham Əliyev Abdin Fərzəliyevlə bağlı Sərəncam imzalayıb.
EDNews xəbər verir ki, Sərəncama əsasən, Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər Sərəncamla, o, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, A.Fərzəliyev 2005-ci ilin dekabrından Nərimanov RİH-yə rəhbərlik edirdi.
***
İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
EDNews xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.