Kərim Şükürov Ramiz Mehdiyevə meydan oxudu - AMEA-da istefalar başladı - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Kərim Şükürov Ramiz Mehdiyevə meydan oxudu - AMEA-da istefalar başladı

Cəmiyyət A- A A+
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov Akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə cavab verdi və istefaya getdi.
 
Ednews xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev öz sosial şəbəkə hesabında paylaşım edib.
 
"Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.
Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi?
Acı bir təəssüflə qeyd edirəm ki, AMEA –nın prezidenti milli akademiyanın rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Təşəkkürlər Kərim müəllim! Qətiyyətli elm adamı belə olur..." - millət vəkili bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...