Sahibkarlara ŞAD XƏBƏR - Yoxlamalar daha 1 il dayandırılır - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Sahibkarlara ŞAD XƏBƏR - Yoxlamalar daha 1 il dayandırılır

Cəmiyyət A- A A+

Sahibkarlıq sahəsində aparılan yoxlamaların 1 il müddətinə dayandırılması təklif olunur.

EDNews xəbər verir ki, bu barədə “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı deputatların fikirləri dinlənilib.

Təkliflərə əsasən ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) 2023-cü il yanvarın 1-dək dayandırılır.

Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Qeyd edək ki, bundan öncə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...