Məhkəmə Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlarla bağlı qərar çıxarıb - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Məhkəmə Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlarla bağlı qərar çıxarıb

Cəmiyyət A- A A+

Səbail Rayon Məhkəməsi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədli ilə bağlı qərar çıxarıb.

Ednews-in əldə etdiyi məlumata görə, məhkəmə hər iki şəxsin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın səbail rayonu ərazisində ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.

Daha sonra heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...