Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik dəyişdirilir - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik dəyişdirilir

Cəmiyyət A- A A+

Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir.

Ednews-in xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanunun hazırkı bəndi isə belədir: "Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...