Qarabağ Dirçəliş Fondundan Fulya Öztürkə özəl hədiyyə - FOTOLAR - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Qarabağ Dirçəliş Fondundan Fulya Öztürkə özəl hədiyyə - FOTOLAR

Cəmiyyət A- A A+
Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova türkiyəli jurnalist Fulya Öztürkün Fox tv-də yayımlanan “Fulya ile umudun olsun” proqramında qonaq olub. 
 
Ednews xəbər verir ki, Pərvin Məmmədova işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası, Qarabağ bölgəsinin flora biomüxtəlifliyinin artırılması məqsədilə, Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması layihəsi çərçivəsində Fulya Öztürkün adından 25 ağac əkilməsi ilə bağlı "İanə Sertifikatı"nı təqdim edib. 
 
Xatırladaq ki, "Zəfərdən Dirçəlişə" adlı meşə massivinin salınması işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər nazirliyi arasında imzalanan əməkdaşlıq Memororandumu çərçivəsində həyata keçirilən ilk layihədir.
 
Layihə işğaldan azad olunmuş digər ərazilərdə də davam etdiriləcək.
1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...