Bu şəxslər Qarabağa pulsuz səfər edəcəklər - Siyahıda kimlər var? - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Bu şəxslər Qarabağa pulsuz səfər edəcəklər - Siyahıda kimlər var?

Cəmiyyət A- A A+

Şəhid ailələri Qarabağa təşkil edilən avtobus turlarından ödənişsiz istifadə edə biləcəklər.

Ednews xəbər verir ki, bu qayda ancaq bir dəfə üçün keçərlidir.

Qeyd edək ki, yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq. İlkin olaraq Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə, daha sonra digər işğaldan azad edilən bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, səfərlərdə yaşı 18-dən aşağı olan şəxslər və Azərbaycan vətəndaşı olmayanlar iştirak edə bilməyəcəklər.

Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...