Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir - VİDEO - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir - VİDEO

Cəmiyyət A- A A+

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən Ednews-a verilən məlumata görə, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.

Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Təlim toplanışı yanvarın 29-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...