"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" - MEDİA-nın icraçı direktoru - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" - MEDİA-nın icraçı direktoru

Cəmiyyət A- A A+

"Mediamız bu gün Zəfərlə bağlı faktları işıqlandırır, fədakarlıq göstərən şəxsləri ictimaiyyətə tanıdır. Amma bu proses çox təkmil olmalıdır".

Ednews-in xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

O vurğulayıb ki, jurnalistlər Vətən müharibəsində böyük fədakarlıq göstəriblər: "Hətta onların arasında şəhid olanlar da oldu. Mediamız peşakar davranmalıdır. Eyni zamanda, media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalıdir. Çünki informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...