Uşaq bağçasına 1200 manatlıq zərər vuran oğru TUTULDU - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Uşaq bağçasına 1200 manatlıq zərər vuran oğru TUTULDU

Cəmiyyət A- A A+

Bakının Nərimanov rayonunda uşaq bağçasının damından 1200 manat dəyərində naqil oğurlanıb.

Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki inzibati binaların birindən 50 ədəd pəncərə, pəncərə çərçivələri və 60 metr naqil, bir uşaq bağçasının damından isə 1200 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Şirinov saxlanılıb.

Araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...