Mədəniyyət Nazirliyindən KVN-lə bağlı - Açıqlama - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Mədəniyyət Nazirliyindən KVN-lə bağlı - Açıqlama

Cəmiyyət A- A A+

Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi günlərdir müzakirə mövsuzudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

Ednews xəbər verir ki, artıq Mədəniyyə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb: “Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...