Azərbaycanda son sutkada 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Azərbaycanda son sutkada 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 757 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ednews-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 634 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 594 nəfər müalicə olunaraq sağalıb, 8 619 nəfər vəfat edib, aktiv xəstə sayı 13 275 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 145, ötən müddət ərzində isə ümumilikdə 6 070 424 test aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...