Məleykə Abbaszadə Ramin Bayramlını işə götürdü? - AÇIQLAMA - ednews.net

29 May,

(+994 50) 229-39-11

Məleykə Abbaszadə Ramin Bayramlını işə götürdü? - AÇIQLAMA

Cəmiyyət A- A A+

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlını yeni vəzifəyə təyinat alıb. 

Məlumata görə Ramin Bayramlı bundan sonra karyerasına Dövlət İmtahan Mərkəzində (DİM) davam etdirəcək. İddiaya görə, sabiq TƏBİB rəhbəri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müşaviri təyin edilib.

Bu barədə DİM-in mətbuat xidməti Xanlar Xanlarzadə Ednews-a açıqlamasında bildirib ki: "Bu barədə məlumat yoxdur”.

Ramin Bayramlının atası Baba Bayramlı da oğlunun təyinatından xəbərsiz olduğunu deyib: "Mənim məlumat yoxdur, sizdən eşidirəm”.

Qeyd edək ki, 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində anadan olan Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb. ATU-da müxtəlif vəzifələrdə çalışan Ramin Bayramlı 2 dekabr 2019-cu ildə TƏBİB-in İdarə Heyətinin sədri təyin olunub. 12 sentyabr 2021-ci ildə isə bu vəzifədən ayrılıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...