Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalislər üçün “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlimlər başa çatıb.
Ednews xəbər verir ki, təlimlərin sonunda media nümayəndələri üçün gömrük xidmətləri ilə bağlı suallar tərtib olunaraq jurnalistlərə təqdim olunub. Qalib gələn jurnalistləra Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən mükafatlar təqdim olunub.
Bağlanış mərasimində MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli, Dövlət Gömrük Komitəsinin sədr-müavini İsmayıl Hüseynov, komitə əməkdaşları iştirak ediblər.
Sonda bütün jurnalistlərə sertifikatlar təqdim olunub.
Foto: Fariz Faiqoğlu