“İşıq pulları məmurların ciblərinə axır, nəticədə küçələr zülmətə bürünür” Elməddin Muradlıdan SƏRT SÖZLƏR

Cəmiyyət 18:03 26.01.2022

“Neçə ildir parklanma adı altında camaatın gözü qarşısında alver gedir. Hamı da onun arxasında kimlərin dayandığını çox gözəl bilir. Biz bir daha, bu işin necə böyük qruplaşma tərəfindən həyata keçirildiyinin bir daha şahidi olduq. Bir gecənin içində düyməni necə basdılarsa, o 600 nəfərdən artıq “parkovşik” yoxa çıxdı. Siz bu gün istəsəniz altı nəfəri bir yerə yığa bilməzsiniz. Amma görün bunlar necə böyük mafiadır ki, bir gecənin içində 600-700 nəfərin hamısına göstəriş verdilər ki, sabah əraziyə heç kim çıxmasın”.

Bu sözləri Ednews-a nəqliyyat eksperti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elməddin Muradlı qanunsuz parklanmaya qarşı başladılan reydlərdən danışarkən deyib. O, qeyd edib ki, keçirilən reydlər zamanı nəzarətçilərin heç biri ərazidə olmayıb.

“Onlara xüsusi olaraq xəbərdarlıq edilib ki, səhər reydlər olacaq əraziyə getməyin. Bunu kimlərin idarə etdiyini də çox yaxşı bilirik. Hətta BNA bu haqda bir video yayımlamışdı. Videoda nəzarətçilərin özləri açıq şəkildə kimə, niyə, nə vaxt pul verdiklərini etiraf edirlər. Bunu axtarıb tapmaq elə də çətin məsələ deyil. Polis indi mübarizə tədbirlərinə başlayıb. Mən istərdim ki, bu davamlı olsun”.

Söhbət əsnasında E. Muradlı digər bir problemə də toxunub. O, yol hərəkəti təhlükəsizliyinə ayrılan pulların rüşvətxor məmurlar tərəfindən mənimsənildiyini və görülən işlərin başdansovdu görüldüyünü də deyib. Onun sözlərinə görə isə bu problem insanların həyatına təhlükə saçır.

“Əgər sən yol hərəkəti təhlükəsizliyi üçün ayrılan vəsaiti mənimsəyirsənsə, inan sabah sənin balan elə o yolda öləcək. Ona əmin ol. Asfalt keyfiyyətli çəkilmir, küçə qəsdən işıqlandırılmır və insanlar qəzaya düşürlər. Süpürgəçi qadınlar əsasən səhər saatlarında vurulur, çünki bu zaman küçələrin işıqları söndürülür. Qəzalar da əsasən bu səbəblə baş verir”.

Ekspert hətta işıq pullarının da rüşvətxor məmurların cibinə axdığını vurğulayıb.

“Necə olur ki, enerjini bizdən alan Gürcüstan küçələrində bütün gecəni işıq yanır, Azərbaycanda isə gecə 00:00-dən sonra küçələr zülmətə bürünür. Görün gecə saat 00:00-dən sonra respublikada nə qədər yol nəqliyyat hadisəsi, piyada vurma baş verir. Bunları dəyərləndirmək lazımdır. Bu acgöz məmurlar insan həyatlarını heçə sayıb, ancaq ciblərini düşünürlər”.

Xatırladaq ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində qanunsuz parklanmaya qarşı reydlərə başlayıb. Reyd zamanı bir neçə nəzarətçi saxlanılıb.

Qeyd edək ki, bu tədbirlər son zamanlar avtomobillərin dayanma-durma və parklanması ilə bağlı insanların şikayətləri əsasında görülür. Əksər yerlərdə parklanma ərazilərinin müəyyən edilməməsi qanunsuzluq hallarına yol açır. Yaranmış boşluqlardan isə ən sərfəli qazancı işbazlar qazanırlar.

Gülnar Səlimova

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Hamısı