Şəkidə DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Şəkidə DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb

Cəmiyyət A- A A+

"Şəkidə Dövlət Sosial Müdafiə Fondunun binasını yandırmaq istəyən şəxs saxlanılıb".

Bunu Ednews-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib.

O bildirib ki, yanvarın 25-i günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub: "Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...