Azərbaycanla Rusiya arasındakı quru sərhədi nə vaxt açıqlacaq? - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanla Rusiya arasındakı quru sərhədi nə vaxt açıqlacaq?

Cəmiyyət A- A A+

“Azərbaycanla Rusiya arasındakı quru sərhədi iki ölkənin əməliyyat qərargahları tərəfindən verilmiş qərara əsasən bağlanıb, nə vaxt açılacağına dair fikir söyləmək hələ tezdir”.

Ednews xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Səfir deyib ki, bununla bağlı təyyarə ilə sərnişindaşımalarında artım baş verib:

“Hazırda Rusiyanın 9 təyyarə şirkəti hər həftə müxtəlif şəhərlərdən Bakıya uçuşlar həyata keçirir. Həmçinin bəzi şirkətlər Azərbaycanın başqa şəhərlərinə uçuşla bağlı müraciət edib”.

O, bundan əlavə, Xəzər dənizində gəmilərlə turizm səfərlərinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...