AZAL-ın Bakı-İstanbul reyslərinin sərnişinləri yola salınıb - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

AZAL-ın Bakı-İstanbul reyslərinin sərnişinləri yola salınıb

Cəmiyyət A- A A+

"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan "Airbus A340" ilə yola salınıb.

Bu barədə Ednews-a AZAL-dan bildirilib.

Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.

Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...