Bu ölkə vətəndaşları Azərbaycana hava yolu ilə gələ bilər - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Bu ölkə vətəndaşları Azərbaycana hava yolu ilə gələ bilər

Cəmiyyət A- A A+
Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib.
 
Ednewsxəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib.
 
Dəyişikliyə əsasən, Belarus və Rumıniya vətəndaşları, orada daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edə biləcəklər.
 
Bununla da Azərbaycana hava nəqliyyatı vasitəsilə vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin sayı 68-ə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...