Ucar-Zərdab yolunda yol qəzası - Piyada xəsarət aldı - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Ucar-Zərdab yolunda yol qəzası - Piyada xəsarət aldı

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb.

Cəmiyyət A- A A+
 
 
Ednews Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonu Qarabörk kəndindən keçən hissəsində baş verib.
 
Qəza nəticəsində Ucar rayon sakini Əsgərov Məhəmmədəli Tahir oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Alpı kənd sakini, 1983-cü il təvəllüdlü Quliyev Tufan Oktay oğlunu vurub.
 
Üç uşaq atası olan T.Quliyev ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
 
Zərərçəkənə hər iki ayağının sınığı diaqnozu qoyulub. Ancaq Ucar rayonunda travmatologiya şöbəsi olmadığından o, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...