Şimali İrlandiyada “cinsi münasibət” haqda dərslik məcburi olaraq məktəb proqramına salınıb.
Ednews xarici media-ya istinadən xəbər verir ki, bu barədə qərarı Şimali İrlandiyanın Təhsil naziri Mişel Makilvi verib.
Nazirin bu qərarı bir sıra məclis üzvləri tərəfindən tənqidlə qarşılanıb.
Məclis üzvlərindən biri Kara Hunterin sözlərinə görə, bir çox gənc dərslikdə bu kimi məlumatları ilk dəfə universitetdə təhsil alan zaman əldə edib. Hazırda dərsliyin kurrikulumlara da əlavə ediləcəyi deyilir.
Qeyd edək ki, cinsi münasibətlər haqda yeni dəsrslik həm də cəmiyyətdə qadın zorakılığı və şiddətin aradan qaldırılması üçün metodik vasitə sayılır. Dərsliyi tərtib edənlərin fikrincə, kiçik yaşlarından intim həyat barədə məlumatlı olan uşaqlar cinsi istismar, zorakılıq halları zamanı daha çevik və bilgili davranacaqlar. Bu da bir sıra xoşagəlməz halların qarşısını almağa yardımçı olacaq.