Məktəblilərin qış tətili BAŞLAYIR - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Məktəblilərin qış tətili BAŞLAYIR

Cəmiyyət A- A A+

Sabahdan məktəblərdə qış tətili başlayır.

EDNews-in məlumatına görə, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar tətil günləridir.

Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir.

Xatırladaq ki, koronavirus səbəbindən 2021/2022-сi tədris ili 2 həftə gec başladığından, məkətblilərin qış tətili günləri qısaldılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...