Töhmət alan müəllimin etirazına nazirlikdən CAVAB VERİLDİ - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Töhmət alan müəllimin etirazına nazirlikdən CAVAB VERİLDİ

Cəmiyyət A- A A+

Sosial şəbəkələrdə və KİV-də yayılan videoya görə töhmət alan 165 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nərgiz İsmayılova bu cəzadan narazı olduğunu bildirib.

Özünü töhmətə layiq görməyən Nərgiz İsmayılova deyib ki, məlum videodakı hadisələrdən - şagirdlərin dərs zamanı etdiyi özbaşınalıqlardan xəbəri olmayıb.

25 ildən artıqdır ki, coğrafiya fənnindən dərs deyən Nərgiz İsmayılova həmin video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhhətində problemlərin yarandığını deyib.

Məsələ ilə bağlı Modern.az saytının əməkdaşı Təhsil Nazirliyinə müraciət edib. Nərgiz İsmayılovanın töhməti ləğv oluna bilərmi?

Nazirlikdən bildirilib ki, həmin müəllim yazılı formada etirazını bildirməlidir:

“Müəllimə töhməti Təhsil Nazirliyi verməyib, bu, məktəb direktorunun əmridir. Əgər müəllimin etirazı varsa, yazılı formada, qaydalara uyğun olaraq nazirliyə etirazını bildirsin. Ondan sonra bu məsələyə baxıla bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...