"Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni separatçısı da olub".
Ednews xəbər verir ki, bu barədə keçmiş döyüşçü, jurnalist Rey Kərimoğlu özünün feysbuk hesabında məlumat verib.
"Hamı kimi məni də bu hal çox narahat etdi. Hərbi mənbələrdən əldə etdiyim məlumata görə, artıq bu barədə bizimkilər Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə narazılığını və etirazını bildirib. Rusiya sülhməramlılarının rəhbərliyi də bir də belə hala yol verilməyəcəyinə söz verib!
Ümid edirəm ki, belə hal bir daha təkrarlanmayacaq! Qarabağ Azərbaycandır!", - R.Kərimoğlu qeyd edib.