Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin cənubundakı bir sıra hərbi hissələrə baş çəkib, bölmələrin komandanlığı ilə döyüş hazırlığının artırılması məsələlərini müzakirə edib.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Nazir vurğulayıb ki, “məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, kadrların maarifləndirilməsi və hazırlanmasına da daim diqqət yetirmək lazımdır”.
Onun sözlərinə görə, “təlim səviyyəsinin köklü artırılması daha vacibdir”.
Qurumun rəhbəri döyüş mövqelərinə də baş çəkib, mühəndis-istehkam işləri, cəbhə xəttində hərbi qulluqçuların sosial-məişət şəraiti, mənəvi-psixoloji durumu ilə yerində tanış olub.
Səfər nəticəsində Papikyan komandirlərə bir sıra tapşırıqlar verib, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılmasını tapşırıb.