"Yeganə çıxış yolu Ramiz Mehdiyevin vəzifəsindən getməsidir" Misir Mərdanov

Cəmiyyət 13:49 09.02.2022
AMEA ətrafında gərginlik getdikcə artmağa başlayıb. Bu dəfə sabiq Təhsil naziri Misir Mərdanov dilə gəlib və birbaşa AMEA prezidenti Ramiz Mehdiyevi tutduğu postdan istefaya çağırıb. 
 
Ednews bizim.media-ya istinadla xəbər verir ki, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov məsələ ilə bağlı açıqlamasını Bizim.Media-ya təqdim edib. 
 
Açıqlamanı olduğu kimi nəzərinizə çatdırırıq:
 
Dünyanın qədim yaşayış məskənlərindən olan Azərbaycan antik sivilizasiyanın əsas məskənlərindən biri, uzun əsrlərdən bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələrinin bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etdiyi mərkəzlərdən olub.
 
Bəhmənyar Azərbaycani, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Nizami Gəncəvi kimi dahilərimizin əsərləri qədim dövrlərdən orta əsrlərə qədər Azərbaycan elminin səviyyəsini dolğun əks etdirən mənbə hesab edilə bilər.
 
Onlar əyani surətdə sübut edir ki, biz həm yunan-Roma mədəniyyətinin varisləriyik, həm də müsəlman intibahını yaradan və Avropaya renessansı ərməğan edən mədəniyyətlərdən biriyik.
 
Azərbaycan elminin ənənələrini davam etdirən və 75-dən artıq yaşı olan Azərbaycan Milli Elmlər Akademiyası dünya elminə verdiyi töhfələri, respublika qarşısında duran problemlərin həllindəki mühüm xidmətləri ilə tariximizə yazılmışdır. Bu şərəfli tarixi vərəqləyərkən müqəddəs elm ocağımızın Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Səməd Vurğun, Yusuf Məmmədəliyev, Heydər Hüseynov, Mirəli Qaşqay, Mustafa Topçubaşov kimi fədakar ziyalıların böyük zəhməti ilə ərsəyə gəlməsini də, 90-cı illərinin əvvəllərindən onun həyatında çətin, mürəkkəb və dramatik bir mərhələnin başlamasını da, Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyasını da yaxşı xatırlayırıq.
 
 
Xoşbəxtlikdən ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Elmlər Akademiyasını ləğv etmək cəhdləri iflasa uğradı və o, öz bütövlüyünü qoruyub saxlaya bildi. Tariximizin o çətin dövrlərində belə cəhdləri, bəlkə də başa düşmək olardı.
 
 
Ancaq bu gün, XXI əsrin 20-ci illərində, elmin bəşəriyyət üçün daha böyük əhəmiyyət daşıdığı mərhələdə, dünya ölkələrinin ərazi, hərbi sənaye, əhalinin sayı və digər amillərlə yox, elm və innovasiyaların inkişaf səviyyəsinə görə dəyərləndirildiyi dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının xalqın gözündən salınmasını heç cür başa düşmək olmur.
 
Bununla yanaşı, Qarabağın bərpasının ölkə üçün prioritet sahə olduğu bir dövrdə Akademiyanın belə mühüm məsələdən bu qədər kənarda qalması da anlaşılan deyil.
 
Elmlə məşğul olan hər bir Azərbaycan vətəndaşı kimi məni də narahat edən budur ki, niyə bizim alimlərimiz, zəngin biliyi və səriştəsi olan elm xadimlərimiz həyat əhəmiyyətli məsələnin həllindən kənarda qalıblar? Niyə həm bir vətəndaş kimi, həm milli maraqların təəssübkeşi kimi, həm də istedadını, on illərlə topladığı təcrübəni, biliyi Qarabağın bərpasına yönəltməli insanlar həmin enerjini intriqalara, mübahisələrə, konfliktlərə yönəldiblər?
 
Yaxud, “iqtisadi potensialı intellekt kapitalına çevirmək” amalı uğrunda daim mübarizə aparan, ölkənin neft-qaz amilindən asılılığını minimuma endirməyi ümdə məqsəd hesab edən və iqtisadi müstəqilliyi dövlət müstəqilliyinin əsası kimi dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alimlərimizin bu işlərdə fəal iştirakını tələb etdiyi halda son illərdə buna mane olan nədir, yaxud kimdir?
 
 
Son günlərdə sosial şəbəkələrdə və mətbuatda yazılanlardan belə çıxır ki, bu vəziyyətin yaranmasında əsas səbəbkar kimi iki il üç ay bundan əvvəl akademiyanın rəhbərliyinə gələn Ramiz Mehdiyevdir.
 
 
Bəs bu müqəddəs elm ocağında nələr baş verir, hansı “işlər” görülmüşdür?
 
Bir-birinin ardınca heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradılıb, iki il ərzində AMEA-da əsas vəzifələrdən biri olan Akademik katib qanunsuz olaraq üç dəfə dəyişdirilib.
 
Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb. 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı