Kim daha yaxşı sürücüdür: qadınlar, yoxsa kişilər? – Ekspertdən AÇIQLAMA

Cəmiyyət 15:33 10.02.2022
Ekspertlərin fikrincə, qadın sürücülər yol hərəkəti qaydalarına daha yaxşı riayət edir. Bu onların yollarda daha diqqətli və ehtiyatlı avtomobil idarə etmələrindən irəli gəlir.
 
Bəs, əslində zərif cinsin nümayəndələri daha təcrübəli kişi sürücülərlə müqayisədə yol hərəkəti qaydalarına riayət etməkdə necə fərqlənirlər?
 
Qadın, yoxsa kişi sürücülər daha intizamlıdır? 
 
Nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov bildirib ki, Azərbaycanda şəxsi istifadədə olan nəqliyyat vasitələrinin təqribən 10-15 faizi qadın sürücülərin payına düşür. O, bu barədə Ednews-a danışarkən deyib.
 
"Bundan əlavə, peşəkar sürücülərin hamısı kişilərdir. Faiz nisbətinə görə götürdükdə isə yol nəqliyyat hadisələrinin əksəriyyəti kişilərin üzərinə düşür. Amma hər bir qadın və ya kişinin hərəkəti müddətində nə qədər yol nəqliyyat hadisəsi törətdiyi bir qədər müəmmalı məsələdir". 
 
Ekspert həmçinin bunun cinsindən asılı olmayaraq, hər bir sürücünün məsuliyyətindən asılığı olduğunu vurğulayıb.
 
"Statistikaya görə, dağ rayonlarında və çətin şəraiti olan yerlərdə qəzalar daha az olur, çünki sürücü həmin yollarda daha məsuliyyətli və diqqətli olur. Elə ki, sürücü hiss edir onun üçün şərait yaxşıdır, bir qədər məsuliyyətdən uzaqlaşır. Bu baxımdan deyə bilərəm ki, qadınlar bu məsələdə daha məsuliyyətli olurlar, çünki onlar müəyyən peşəkarlıq səviyyəsinə çatmaq üçün daha çox çalışırlar". 
 
Lakin mütəxəssis bir məsələyədə aydınlıq gətirib. O, deyib ki, təcrübəsizlikdən təbii olaraq, qadınların pozduğu yol qaydalarının sayı və ya hərəkətdə olan nizamsızlıq halları faiz hesabı ilə daha çox da ola bilər.
 
"Bu nöqteyi-nəzərdən qadınlar daha məsuliyyətli olmalıdırlar. Amma bəzən qadınların yol hərəkəti qaydalarını pozmasında kişilərin də rolu olur. Kişilər onlara müəyyən qədər şərait yaratmalıdırlar. Bəzi kişilər sürücünün qadın olduğunu görəndə, ona maneəçilik yaratmağa çalışır, sürəti artırır, yaxud təhlükəli manevrlər edir. Qadın sürücülər də bu zaman müəyyən narahatlıq keçirirlər və təcrübəsizlikdən yol hərəkəti qaydalarını pozmağa məcbur olurlar". 
 
Statistikaya gəldikdə isə...
 
Ekspert bildirir ki, bununla bağlı heç bir araşdırma aparılmayıb.
 
"Qadın, yoxsa kişi sürücülərin daha çox yol nəqliyyat qaydalarını pozması ilə bağlı statistika aparılmayıb. Fikirlər var ki, qadınlar kişilərə nisbətən bir az təcrübəsizdir, kişilərlə müqayisədə manevr və reaksiya müddəti bir qədər aşağıdır. Amma hesab edirəm ki, getdikcə qadınların təcrübəsi artır. Həqiqətən də yolda həm qadın, həm kişi sürücü eyni zamanda hərəkətdə olarkən, bu, daha maraqlı görünür. Əksinə, kişi sürücülər bir az da qadınlara görə məsuliyyət hiss etməlidirlər".
 
Fərhad Eyyubovun fikrincə, gələcəkdə qadın sürücülər daha təcrübəli olacaq. 
 
"Hazırda müasir avtomobillərdə müəyyən mexaniki transmissiya və çətinlik törədən konstruksiyalar yoxdur. Bu da qadınlara avtomobili daha rahat idarə etməkdə çox kömək olur”.
 
Gülnar Səlimova
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Hamısı