Yayılan məlumatlara görə, fevralın 15-dən COVID-19 vaksininin 3-cü dozasını vurdurmayanlar metroya buraxılmayacaqlar.
İddiaya görə, 2-ci dozanın vurulmasından altı ay keçdikdən sonra şəxslərin “Peyvənd sertifikatı” etibarsız sayılacaq. Nəticədə həmin şəxslər müəyyən məkanlara buraxılmayacaqlar.
Bəs, bu qadağalar metrodan istifadəyə də şamil ediləcəkmi?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Ednews-a açıqlamasında onlara bu haqda heç bir məlumatın verilmədiyini bildirib.
“Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı "Bakı Metropoliteni”nə nə şifahi, nə də yazılı məlumat verilməyib. Bildiyimiz kimi karantin qaydaları haqqında göstərişlər Operativ Qərargah tərəfindən verilir. Operativ Qərargahın qərarlarını da “Bakı Metropoliteni” birmənalı şəkildə icra edir", - deyə Bəxtiyar Məmmədov bildirib.
Ülviyyə Fərhad