Qazax şəhərində yol-nəqliyyat hadisəsi zamanı avtomobil piyadanı vurub.
Ednews xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən Qazax rayon sakini, 1953-cü il təvəllüdlü O.Qarayevi vurub.
Xəsarət alan yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi ilkin tibbi yardımdan sonra onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.