Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni sözçü təyin olunub.
Ednews xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Əmrə əsasən, Nuridə Allahyarova Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri təyin edilib.
O, bununla bağlı şəxsi facebook hesabında paylaşım edib.
"Bu gündən Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri qismində fəaliyyətimə başladım. Dəstəyinizə arxalanaraq! Bu etimadı mənə layiq görən nazir Anar Kərimova və Xidmətin rəisi Azad Cəfərliyə təşəkkürümü bildirirəm. Azərbaycanın hər daşına və hər vətəndaşına xidmət etməkdən qürur duyuram",-deyə Nuridə xanım paylaşımda bildirib.
Qeyd edək ki, o, əvvəllər "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti və.s qurumlarda çalışıb.