“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb.
Ednews xəbər verir ki,qurum əməkdaşları Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişini davam etdirir.
Hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.