"Qadına şiddət" NİYƏ VAR? Ekspertlər SƏBƏBLƏRİ AÇIQLADI

Cəmiyyət 10:00 23.02.2022

Dünyada geniş yayılan və müxtəlif bəhanələrlə üstü örtülməyə çalışılan qadına şiddət insanlıq üçün bir utanc olaraq bu gün də davam edir. Belə ki, dünyada 736 milyon qadın həyatlarında bir dəfə də olsa fiziki və ya cinsi zorakılığa məruz qalıb ki, bu göstəricinin 30%-i 15 və daha yuxarı yaşda olan qadınları əhatə edir.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun verdiyi hesabata əsasən, dünyada 2020-ci ildə 81.000 qadın və qız ailə üzvü və ya partnyoru tərəfindən öldürülüb ki, Azərbaycanda bu göstərici 41 nəfər olub.

Fiziki, söz, seksual, rəqəmsal, psixoloji, maddi formalarda baş verən qadına şiddət zamanı kişilərin müxtəlif bəhanələr gətirərək özlərini haqlı çıxarmağa çalışmasına baxmayaraq, şiddətin heç bir əsası ola bilməz.

Bəs Azərbaycanda qadına şiddət hansı vəziyyətdədir və dövlət bununla bağlı hansı tədbirləri görür?

Qadına şiddətin geniş yayıldığı ölkələrdən biri Azərbaycandır ki, hər gün qadınların döyülməsi və ya öldürülməsi və 18 yaşına çatmamış qızların valideynləri tərəfindən zorla evləndirilməsi və erkən hamiləlik səbəbindən həyatlarını itirməsi gündəmdə yer alır. Mövcud vəziyyətlə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Ednews-a açıqlamasında bildirib ki, ölkədə qadınlar zorakılığın bütün növlərinə məruz qalır.

“Qadınlar fiziki, psixoloji, maddi və danışmamağı üstün tutsalar belə, cinsi zorakılığa məruz qalırlar. Azərbaycanın hər yerində 18 yaşına çatmamış qızların validyenləri tərəfindən “qorumaq”, “gələcəyini təmin etmək” bəhanələri ilə zorla evləndirilməsi hallarına rast gəlinir ki, erkən nikah zorakılığın ən pis formasıdır.” 

Sədr kişilərin şiddət üçün irəli sürdükləri bəhanələrə də toxunub ki, onun fikrincə əsas yeri idarə etmək tutur.

“Şiddətin bəhanəsi hakimiyyəti ələ almaq, köhnə adətləri davam etdirmək və əsas da idarə etmək istəyidir. Son zamanlar cəmiyyətdə zorakılığa çağırışın və buna olan dəstəyin artması, hər dəfəsində günahın qadında axtarılması şiddət hallarının qarşısını almağa mane olur. Cəza tədbirləri və müdafiə mexanizmlərinin yetərli olmaması da şiddətin artmasına gətirib çıxarır”.

Söhbət zamanı o, dövlətin qadına şiddət və erkən nikahla bağlı gördüyü tədbirlərdən də bəhs edib.

“Bu məsələ məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planında öz əksini tapıb. O cümlədən Cinayət Məcəlləsi də qadını və nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva etsə də, bu zaman evlilik törədən şəxs cəzalandırılır, əməli törədən digər şəxslər kənarda qalır. Düşünürəm ki, bu məsələlərə yenidən baxılmalıdır”.

Psixoloq Elmir Əkbər isə şiddət göstərən kişilərin qeyri-sağlam düşüncəyə sahib olduğunu deyir.

“Şiddətin əsas səbəbi qeyri-sağlam, qeyri-normal böyümüş insan psixikasıdır. Qeyri-sağlamlığın müxtəlif formaları da vardır ki, bunun ən geniş yayılanı narsisistik travmadır. Narsissizm nəticəsində özünü firon hesab edən kişi problem zamanı qadına əl qaldırır, şiddət göstərir. Lakin travmalar heç bir insanı məsuliyyətdən azad edə bilməz”.

Aysel Bədəlova

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Hamısı