"Qeydiyyatsız evlər qeydiyyata alınsa bələdiyyələrin rüsumları artacaq".
Ednews xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
"Hazırda çox sayda qeydiyyatsız evlər var. Bu rüsumu verənlər də icra başçılarıdır. Lakin hazırda o rüsumu verən bir sıra icra başçıları ya ölüb, ya işdən çıxıb, ya da tutulub. Buna görə də bələdiyyələr bu məsələdə əziyyət çəkir. Prezident də göstəriş verib ki, qeydiyyatsız evlər qeydiyyata alınmalıdır".
Vüsalə Balayeva