Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilib.
Ednews xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, televiziyaların dilinin praktik vəziyyətini əsk etdirən 4800 dil faktı "Televiziyaların dili monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.
Mərkəz direktoru bəzi aparıcıların televiziyaya fərdi üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanları vurğulayıb.
S.Əliyeva bildirib ki, bu monitorinqlərin aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılmasıdır.