“Əl yandıran” qiymələr – Ölkəyə bahalaşma necə təsir edir? Əhali və ekspertlərin ŞƏRHİNDƏ

Cəmiyyət 13:00 02.03.2022
Son iki ildə iqtisadiyyata təsir edən amillər dünya bazarlarında inflyasiyaya əlverişli şərait yaradıb. Bu gedən proseslər isə əsasən ərzaq məhsullarının qiymətində artımla müşahidə olunub. Ərzaq mağazalarında baş alıb gedən qiymət yüksəlməsi isə əhalinin sosial səviyyəsinə böyük zərbə vurub. Əvvəllər edilən bazarlığa xərclənən məvacib hazırda demək olar ki, 2-3 qat artımla alıcıların ciblərinə təsir edir.
 
Bəs, qida məhsullarında artım alıcılara necə təsir edir?
 
 Məsələ ilə bağlı Ednews olaraq kiçik araşdırma apardıq. Hər vətəndaşın dilində isə fərqli məhsul adları səslənir. Dəqiq qeyd edə bilərik ki, sorğumuzun nəticəsi heç də, ürəkaçan deyil.
 
“Cib yandıran” yağ qiymətləri...
 
Un məmulatlarında olan qiymət dəyişikliyi hər birimizə məlumdur. Məsələn, Bakıxanov zavod  çörəyi əvvəl  0.50 qəpik idisə, onu indi 0.65 qəpiyə almaq mümkündür.
 
Alıcılar əsasən yağların qiymətində artım olduğunu bildirir. 2 AZN olan yağ hazırda 3.60 AZN-dən yüksək olub. 5.7 AZN - 6 AZN olan qarğıdalı yağının qiyməti isə hazırda 8.50 – 9 AZN təşkil edir. Kərə yağı əvvəllər 13.99 AZN idisə, indi artaraq 14.99 manat olub. 15.90 AZN-ə aldığımız kərə yağı isə 19 manata müştəriləri piştaxtalarda gözləyir.
 
Şəkər tozunun artan qiyməti...
 
Bir müddət əvvəl alıcı İran xurmasını 2.50 manata əldə edirdisə, hazırda bu quru meyvənin qiyməti 3.90 manata qədər yüksəlib. Həmçinin konfetler, şokaladlar... Məsələn,  alıcının mütəmadi olaraq aldığı  rus şokaladının kilosu 4.50-dən  6.60 AZN-ə yüksəlib. Digər yerli istehsal olunan şokaladın kilosu isə 3.50 –dən, 5 50 manata qədər bahalaşıb. Gündəlik qidalanmada işlənən şəkər tozunun kilosu isə 78 qəpikdən 1.35 AZN -ə yüksəlib. Qatılaşdırılmış süd bahalaşmadan öncə 1.75 AZN idisə, hazırda onu 1.95-2,55 AZN-ə əldə etmək mümkündür.
 
Ət məhsulları isə...
 
Əvvəllər ət ala bilməyən kasıb təbəqə əldə etdiyi toyuq məhsullarının da qiymətləri “od tutub” yanır. Belə ki, bu əti 3 AZN-ə almaq mümkün olurdusa, indi ən ucuz toyuq 4.20 manata əldə etmək olur. Hətta qiyməti 2 manata olan toyuq budları bu gün mağazalarda 5 manata müştəriyə təqdim edilir. Toyuq sinə əti isə 4.90 AZN-dən, 7-8 manata qədər yüksəlib.  Toyuq ətindən başqa artım mal ətində də müşahidə olunur. Əvvəllər 9-10 manata aldığımız 1 kiloqram mal əti, hazırda  15-16 AZN, hətta bəzi yerlərdə 17-18 manata təqdim olunur. 
 
Qeyri qida məhsulları...
 
Əlbəttə ki, qiymət artımı təkcə qida məhsullarında deyil, qeyri-qida sektorunda da  özünü böyük fərqlə biruzə verir. Alıcıların sözlərinə görə, qabyuyan maddənin ən çox alınan növü 2-3 AZN  idisə, indi bu vasitə 4-5 AZN-ə olub. Məsələn, tibbi pambığın qiyməti 40-50 qəpik idisə, pandemiya şəraitində tələbatın çoxluğundan istifadə edələrək 60-70 qəpik civarında satılmağa başlanılıb. Siyahıya dezinfeksiyaedici maddələri, texniki spirti, tibbi əlcəklərin və maskanın da artan qiymətlərini də əlavə etsək bahalaşmanın hansı mərhələ olduğunu anlamaq olar.
 
Ekspertlər nə düşünür?
 
Sorğudan da göründüyü kimi, artıq bahalaşma qəpiklə yox manatla gözə çarpır. Məsələ ilə bağlı Ednews-a  danışan iqtisadçı ekpert Ruslan Atakişiyevin sözlərinə görə, Azərbaycanda istehlak qiymətlərinin artması dünya iqtisadiyyatında baş verən böhranla bağlıdır və istehkakçılar tərəfindən təlabat olan məhsullarda qiymət artımını müşahidə etmək normaldır. Bu səbəbdən süni qiymət artımı məsələsi o qədər də aktual deyil.
 
Ekspert Elşad Məmmədov isə söyləyir ki, Azərbaycanda bahalaşma gözlənilən idi. “Ölkəmizdə idxaldan asılılıq olduqca yüksək səviyyədədir. Dünya bazarında bahalaşma Azərbaycana da öz təsirini göstərib. Bununla yanaşı ölkəmizdə süni qiymət artımı  da müşahidə olunur. Vəziyyətdən sui istifadə edən işbazlar digər məhsulların qiymətlərini də qaldırırlar. Aiddiyatı dövlət qurumları tərəfindən bu vəziyyətin qarşısı kəskin şəkildə alınmalıdır. Bu məsələyə  qarşı mübarizə tədbirləri müvafiq dövlət qrumları tərəfindən sərtləşdirilməlidir”. 
 
O, həmçinin qeyd edib ki, əhali bu cür proseslərin qarşısını almaq üçün daha çox yerli məhsullardan istifadə edərək ölkənin idxal asılılığını minimuma endirib dünyadakı qiymət artımından xilas edə bilər. 
 
Dövlət xüsusi layihə hazırlayır...
 
Məsələ ilə bağlı Milli Məclisin üzvi, millət vəkili Vahid Əhmədovun mövqeyini öyrənməyə çalışdıq. Deputat Ednews-a açıqlaması zamanı qeyd edib ki, hazırda ən   aktual problem olan dünya və ölkə bazarındakı bahalaşma və süni qiymət artımı ən narahat edən məslələrdəndir.
 
“Hazıda ölkədəki bu hal Milli Məclisin  gündəmindədir. Bununla bağlı baş nazir Əli Əsədovla fikir mübadiləsi aparılıb və dövlət səviyyəsində tədbirlərin görülməsinə başladılıb. Sözügedən məsələ ilə bağlı dövlət başçısı tərəfindən sərəncam imzalanıb və əlaqədar qurumlara tapşırıqlar verilib. Yaxın zamanda problem öz həllini tapacaq”.
 
Bu səbəbdən, İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Məsələ ilə bağlı nazirliyin hansı tədbirlər gördüyü barədə məlumat əldə etməyə çalışsaq da, təəssüf ki, bizə mövqe bildirən olmadı.
 
Ümid edirik, ölkə əhalisi bu vəziyyətdən çox əziyyət çəkmədən dövlət strukturları məsələ ilə dərindən maraqlanacaq və lazımı tədbirlər görməyə başlayacaq. Çünki pandemiyadan əziyyət çəkən əhalinin günü-gündən artmaqda olan məhsulların qiymətləri ilə necə baş edəcəkləri ciddi narahatlıq doğurur.
 
Zeynəb Nadirova
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı