"Azərbaycanda qazın satış qiyməti ilə bağlı artım gözlənilmir".
Ednews xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev "Açıq qapı" aksiyası çərçivəsində Avropada qazın bahalaşmasının Azərbaycana ola biləcək təsiri ilə bağlı suala cavab verərək bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qazın satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir: "Hazırda təbii qazın satış qiyməti ilə bağlı hər hansı bir artım gözlənilmir".