Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Avropada işgüzar səfərdədir.
Ednews xəbər verir ki, Birliyin nümayəndə heyəti Belçika, Hollandiya və Almaniyada fəaliyyət göstərən diaspora nümayəndələri, xarici millət vəkilləri və həmvətənlilərimiz ilə görüşlər keçirəcəkdir.
Səfərin ilk günlərindən başlayaraq "Benilüks" Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə nümayəndə heyəti Belçikada fəaliyyət göstərən "Brüssel-Azərbaycan" Mədəniyyət evini ziyarət etdilər. Mədəniyyət evinin inzibati binası ilə yaxından tanış oldular və gələcək əməkdaşlıq məsələlərini geniş şəkildə müzakirə etdilər.