"İnsanlar canlı nəyisə izləmək istəyir" Sənət adamları milli teatr günündən danışdılar

Cəmiyyət 15:43 10.03.2022

Bu gün ölkəmiz milli teatrın yaranmasının 149-cu ildönümü qeyd edir.

Azərbaycanda teatrın əsası 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının nümayişi ilə qoyulub. 

Ednews peşə bayramı günündə incəsənət xadimlərindən teatrımızın bugünkü vəziyyəti ilə bağlı fikirlərini öyrənib.

Xalq artisti, Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı teatrın cəmiyyətdə hərəkətverici qüvvə olaraq ali funksiyasını yerinə yetirməsi üçün mütləq yaradıcı potensialı güclü olan adamların lazım olduğunu deyib: “Teatrda yüksək və ya ortabab səviyyəyə malik insanların olması mümkün deyil. Teatrda hər şey ali səviyyədə olmalıdır”.

Bu gün teatrın vəziyyətinin çətin olduğunu deyən aktrisa hər bir yaradıcı insanın mədəniyyəti yaşatmaq üçün çalışmalı olduğunu vurğulayıb.

“Fərqi yoxdur onu geniş tamaşaçı kütləsi tanıyır ya yox, əgər sənət üçün nəsə etsə, illər sonra bu gün yaddaşlarda qalmayan aktyor gələcəkdə tanınmış bir aktyor olacaq, teatr onu tarixə salacaq. Burada söhbət təkcə aktyordan getmir, hər bir insan işinə vicdanla yanaşmalıdır. Bu yaxınlarda efirdə Gənc Tamaşaçılar Teatrının bir tamaşasında aktrisa tək oynayırdı, xoşuma gəldi. Bizim Musiqili Teatrımız İrana qastrol səfərində çox gözəl bir tamaşa səhnəyə qoyub. Cənnət xanıma təşəkkürümü bildirirəm. Şəhid analarına həsr olunmuş kompozisiya tipində tamaşa idi. İranda çox böyük müvəffəqiyyətlə qəbul olunub. Hiss edirəm ki, aktyorun özündə arzu və həvəs olanda mütləq teatr özü də həvəslənir. Gəlib işi tez başa vurub 12-də çıxırsa o aktyor deyil”.

Afaq Bəşirqızı dövlət tərəfindən teatr xadimlərinə məişət problemlərindən tutmuş yaradıcı problemlərinə qədər hər zaman diqqət və qayğının göstərildiyini qeyd edib.  

Xalq artisti, Azərbaycan Dövlət Milli Dram Teatrının aktyoru Kazım Abdullayev isə pandemiya ilə bağlı tamaşaçıların da teatr üçün çox darıxdığını bildirib: “Beş-altı aydır ki, teatr açılıb. Son oynadığımız tamaşa anşlaq idi, zalda demək olar ki, yer yox idi”.

Tanınmış aktyor deyir ki, COVID-19 pandemiyasından sonra vəziyyət bir az çətinləşib: “Aktyor işi elədir ki, gərək idmançı kimi həmişə məşqlərdə olasan. Akyor heyətinin yarısı demək olar ki, xəstəliklə əlaqədar işə çıxa bilmirdi. Mən özüm də xəstələnmişdim”.

Xalq artisti teatrlarda aktyorların maddi vəziyyətinin getdikcə yaxşılaşdığını deyib: “Bu gün bütün teatr cameəsinin bayramıdır. Teatr cəmiyyətin güzgüsüdür və bu gün münasibətilə mən də bütün tamaşaçılarımızı təbrik edir, uğurlar arzu edirəm”.

Gənc Tamaşaçılar Teatrının aktrisası Əməkdar artist Mehriban Abdullayeva isə pandemiya ilə bağlı çox zaman tamaşaçılarla ünsiyyətdə olmadığını dilə gətirib.

“Teatr bizim həyatımızdır, onsuz nəfəs ala bilmirik. Çox istərdim ki, tamaşaçılarımız o qaynar teatr günlərinə qayıtsınlar, zallarımız dolu olsun. Pandemiyadan öncə çox yaxşı idi. Tamaşaçı artıq teatrı sevməyə başlamışdı. Pandemiyadan sonra da belə bir hal ilə rastlaşıram ki, onlar internetdən, sosial şəbəkələrdən yorulublar və nəyisə canlı izləmək istəyirlər. Artıq tamaşaçıda teatra qəribə bir həvəs yaranıb. Bu da məni sevindirir. İstəyərdim ki, bu cür düşünən insanların sayı artın. Çünki teatr başqa bir aləmdir. Bu gənclərin inkişafı üçün də yaxşıdır. Bizim teatr həm uşaq və gənclərlə, həm də böyüklərlə ünsiyyətdə olan teatrdır, yəni bizim teatrla böyüyüb gəlib dram teatrına çıxırlar. Ancaq yeni nəsil teatrdan uzaqlaşıb, onun nə olduğunu hətta təsəvvür belə etmir. Bu isə təəssüf doğurur”.

Gülnar Səlimova

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı