Gəncə şəhərində 62 yaşlı kişinin 15 yaşlı qıza təcavüz etməsi faktı tibbi ekspertizanın rəyi əsasında öz təsdiqini tapıb.
Ednews Bizim.Media-nın yerli bürosuna istinadən xəbər verir ki, faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, təzavüz edən şəxs ailəlidir və yüksək vəzifədə çalışır.
Yaxın saatlarda həmin şəxsin həbs olunacağı gözlənilir.
Xatırladaq ki, sağlamlıq imkanları məhdud olan qız hazırda 7 aylıq hamilədir. Ona təcavüz edən şəxs qonşusudur.
***11:10
Azərbaycanda 15 yaşlı qıza təcavüz olunub.
Ednews xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, Gəncə şəhərində 62 yaşlı kişinin 15 yaşlı qıza təcavüz etdiyi deyilir.
Məlumata görə, qız S.M (ad şərti) qonşuları K. M-dan (ad şərti) 7 aylıq hamilədir.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, hazırda iş üzrə araşdırılma aparılır:
“Məsələ ilə bağlı şikayət təmin olunub. Hazırda iş prokurorluqdadır. Faktla bağlı araşdırma aparılır”.