Valideynlərin DİQQƏTİNƏ Sosial şəbəkələrdə azyaşlıları gözləyən hansı tələlər var?

Cəmiyyət 16:00 15.03.2022
Facebook, İnstagram, Twitter kimi həyatımızın ayrılmaz bir parçasına çevrilən sosial şəbəkələr həm böyüklər, həm də uşaqlar tərəfindən tez-tez əylənmək, münasibətlər qurmaq və ya boş zamanını keçirmək kimi məqsədlərə görə istifadə olunur. Bəzi mütəxəssislərin fikrincə, sosial şəbəkələrdən istifadə insanların “görmə” və “görünmə” ehtiyacından irəli gəlir. 
 
Xatırladaq ki, “We Are Social” və “Hootsuite” sosial media planlama vasitələrinin hazırladığı “Digital 2021” hesabatında dünyada internet istifadəçilərinin sayının 4.88 milyarda çatdığı qeyd olunub. Bu göstəricinin 4.55 milyardı isə sosial şəbəkələrdən istifadə edir. Sosial platformalar içərisində ən populyarı hələ də 2,895 milyard insanın üstünlük verdiyi “Facebook” şəbəkəsidir.  
 
İlk baxışdan heç bir zərəri görünməyən sosial şəbəkələr bir sıra insanlar tərəfindən yanlış məqsədlərlə istifadə edildikdə özlərinin və digərlərinin, xüsusilə də uşaqların həyatına və psixologiyasına mənfi təsir edir və geri alınmayacaq nəticələrə gətirib çıxarır. 
 
Mütəxəssislərin fikrincə, sosial platformalarda çox vaxt keçirmək insanlarda depressiya, stress, asılılıq, narahatlıq, özünə dəyər verməyin itirilməsi kimi problemlərə və uşaqların təhqirlərə, yaşına uyğun olmayan reklamlara məruz qalmasına, hərəkətsizlik səbəbindən kökəlmələri və s. kimi neqativ halların artmasına səbəb olur.
 
Bəs, həqiqətən sosial şəbəkələr uşaqlara mənfi təsir göstərmək gücünə malikdir?
 
Mövcud vəziyyətlə bağlı müraciət etdiyimiz psixoloq Aynur İsgəndərova Ednews-a açıqlamasında bildirib ki, sosial şəbəkələrin uşaqlara yalnızca mənfi təsir etməsi barədə düşüncələr yanlışdır.
 
 
“8-9 yaşdan etibarən uşaqlar sosial şəbəkələrdən istifadə edir. “Sosial şəbəkələrin istifadəsi uşaqların fiziki, zehni, psixoloji inkişafına mənfi təsir göstərir” cümləsi səhvdir. Əlbəttə bunun zərərli tərəfləri var. Ancaq biz uşaqları tamamilə bunlardan təcrid edə bilmərik. Çünki uşaqlar sosial şəbəkələr vasitəsi ilə dünyagörüşünü inkişaf etdirir, fərqli düşüncələrlə tanış olur, yeni informasiyalar əldə edir, hətta məktəbdə şablon metodlarla öyrəndiyi materialları sosial şəbəkələrdə daha yaradıcı və motivləşdirici metodlarla öyrənə bilir”.
 
Lakin, psixoloq sosial platformalarda çox vaxt keçirən uşaqlarda ortaya çıxan yuxusuzluq, diqqət dağınıqlığı problemləri barədə valideynlərə xəbərdarlıq edib.
 
“Sosial şəbəkələrin yaratdığı asılılıq səbəbindən uşaqlarda yuxusuzluq problemi yaranır. Bu isə sonradan xroniki yorğunluq, konsentrasiya problemi, ürək xəstəlikləri və daha uzun müddət davam edən xəstəliklərin yaranmasına yol açır. Uzun müddətli sosial şəbəklərdən istifadə həmçinin uşaqların zehni-koqnitiv bacarıqların inkişafına mənfi təsir edir. Nəticədə hiperaktivlik və diqqət əskikliyi problemi yaranır. Sosial şəbəkələrdən düzgün istifadə etməyən uşaqlar aqressiv davranışlar sərgiləyir, travmatik hadisələrin görüntülərinə rastlaşdığı zaman ciddi psixoloji travma alma ehtimalı artır, etik olmayan videolarla rastlaşdığı üçün mənəvi dəyərlərin neqativə doğru dəyişir”.
 
Sosial şəbəkənin qaranlıq üzü...
 
Söhbət zamanı mütəxəssis sosial platformalarda uşaqları gözləyən təhlükələrdən də bəhs edib.
 
“Ən böyük təhlükə uşaqların fərqində olmadan yanlış insanların, xüsusilə pedofillərin toruna düşmə ehtimalıdır. Çünki, uşaqlar bu şəbəkələrdə ünsiyyətdə olduğu insanların kimliyi haqqında məlumatı olmur və qarşıdakı insanın danışdığı mövzulardan onun böyük və ya uşaq olduğunu ayırd edə bilmir. Bundan başqa uşaqların nəzarətsiz şəkildə öz şəkillərini sosial şəbəkələrdə paylaşması pedofillərin işini asanlaşdırır”.
 
Uşaqlar, xüsusilə də yeniyetmələr qarşı çıxdıqları zaman onları bu təhlükələrdən qorumaq istəyən valideynlərin işi daha çətinləşir. Psixoloq düşünür ki, valideynlər uşaqlara telefondan şüurlu, məqsədli şəkildə istifadə qaydalarını izah etməlidirlər.
 
“Valideynlər onların sosial şəbəkələrdəki profillərinə nəzarət etməli, real oyunlar təşkil etməklə onların maraq və diqqətini sosial şəbəkələrdən yayındırmalıdırlar. Uşaqların yaş dövlərinə görə psixoloji xüsusiyyətlərini öyrənərək düzgün istiqamətləndirmək olar. Məsələn, bir valideyn 6-11 yaşlı uşaqların əsas fəaliyyət sahəsinin təlim fəaliyyəti olduğunu nəzərə alaraq onu tədris materiallarına uyğun videolarla tanış etmiş olsa, uşaq dərsə qarşı daha həvəsli ola bilər”.
 
Aysel Bədəlova
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Hamısı