"Avropa Parlamenti və ATƏT-ın yetkililəri həm kor, həm də kardırlar" Umud Mirzəyev

Cəmiyyət 09:00 16.03.2022

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ATƏT-in Polşadakı sədrliyinin Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməni dəstəkləyəcəkləri barədə verdiyi açıqlamaya münasibət bildirib.  

BAMF prezidentinin sözlərinə görə, ATƏT-in bu barədə verdiyi açıqlama ilə tanış olanda insanda elə təsəvvür yaranır ki, sanki bu Köçəryanın və yaxud Sarkisyanın ofisində hazırlanan bir sənəddir.

“Bu son dərəcə acınacaqlı bir haldır. Sonuncu yüzilliyin ən dəhşətli soyqırımı təkcə Xocalıda baş verməyib. Azərbaycanın həm də mədəniyyət abidələri, ekologiyası və torpaqları üzərində böyük bir vandalizm aktı törədilib. Avropa Parlamentində və eləcə ATƏT-in özündə də olan bir çox yetkililərin həm gözləri kor, həm də qulaqları kardır. Mən bunu çəkinmədən ifadə etmək istəyirəm, çünki bu insanlar elə mənim doğulub boya-başa çatdığım Füzulinin Aşağı Əbdürrəhmanlı kəndilə bağlı son 30 ildə zərrə qədər səslərini çıxarmadırlar. Bu illər ərzində bəlkə otuz min dəfə kəndimin harayını car çəkdim. Onlar bunu nə eşitdilər, nə də nəzərə aldılar.

Bəs, bu gün bizim dədə-baba torpaqlarımızda hansı erməni mədəni abidələrindən söhbət gedə bilər?”, - deyə U. Mirzəyev vurğulayıb.

Qurumun rəhbəri həmçinin qeyd edib ki, ümumiyyətlə o ərazilərdə azərbaycanlılarla müqayisədə çox az sayda erməni yaşayıb.

“Biz hər zaman o ərazilərdə olan alban tarixi abidələrini göz bəbəymiz kimi qorumuşuq. Xatırladım ki, Bakının mərkəzində olan erməni kilsəsi belə bir dini abidə kimi hər zaman qorunub saxlanılıb. Ermənilər isə əksinə alban abidələrinin üzərindəki yazıları, tarixi məlumatları pozaraq onlara mənsub olduğunu təsdiqləmək üçün saxta yazılar yerləşdirməyə çalışıblar”.

Sonda Umud Mirzəyev təəssüflə qeyd edib ki, Avropadan bu cür qərəzli mövqe bir Azərbaycan vətəndaşı kimi onu çox məyus edir.

“Belə qərəzli mövqe gördükdə insan çox məyus olur və Avropa dəyərləri adamın gözündən düşməyə başlayır. Budurmu, Avropa dəyərləri və Avropada insan haqlarının qorunması? Nə üçün onlar öz münasibətlərini birtərəfli sərgiləyirlər? Bu birbaşa irqçilikdir, dini ayrı-seçkilik və xristian təəssübkeşliyidir. Bunun başqa adı yoxdur. Belə hadisələri görəndə aşırı ifadələr işlətməkdən özümü zorla saxlayıram”, - deyə Fondun rəhbəri əlavə edib.

Xatırladaq ki, martın 10-da Avropa Parlamenti Azərbaycan əleyhinə riyakar addım ataraq "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qondarma qətnamə qəbul edib. Qətnamayə görə, guya Azərbaycan Qarabağda erməni mədəni irsini inkar və məhv edir, beynəlxalq hüququn və Beynəlxalq Ədalət Məhkəməsinin son qərarlarını pozur.

Avropa Parlamentinin bu qərarına ATƏT-in Polşadakı sədrliyi də münasibət bildirib. Qurum açıqlamasında Avropa Parlamentinin qəbul etdiyi bu qətnaməni dəstəklədiyini və erməni tarixi və mədəni abidələrinin mühafizəsinin ATƏT-in Daimi Şurasının gündəliyinə daxil edildiyini bildirib. 

Qeyd edək ki, 30 illik işğal dövründə Azərbaycan dəfələrlə Avropanın müvafiq qurumlarına, o cümlədən də UNESCO-ya, müraciət edərək, həm Ermənistan, həm də işğal altında olan ərazilərdə xalqımıza məxsus milli-mənəvi irsin ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılması, silinməsi istiqamətində iş aparıldığını, beynəlxalq qurumdan bu özbaşınalığı araşdırmaq üçün müvafiq missiyaların göndərilməsini və Ermənistanın mənəvi terroruna son qoyulmasını tələb edib. Ancaq çox təəssüf ki, Azərbaycanın bu haqda olan çağırışları hər zaman cavabsız qalıb.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Hamısı