Azərbaycanda ESTETİK ƏMƏLİYYAT dəbi Sürətlə yayılan KLONLAŞMA, yoxsa GÖZƏLLİK

Cəmiyyət 13:50 25.03.2022
Son dövrlər Azərbaycanda xüsusilə qadınlar arasında estetik əməliyyatlara kütləvi axın var. Ölkəmizdə xanımlar daha çox burun, qaş qaldırma, dodaq böyütmə, sinə böyütmə və qalıcı üz botoksu kimi əməliyyatlara üz tuturlar.
 
Maraqlıdır ki, bu tendensiya təkcə qadınlar arasında deyil, kişilər üçün də vacib trendə çevrilib.
 
Güclü cinsə isə əsasən burun formasının dəyişdirilməsi, göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsi kimi proseduralar daha maraqlıdır. 
 
Lakin bir çox insanlar son dəbə uyaraq hətta xarici görünüşü normal olduqda belə estetik əməliyyatlara müraciət edib cərrah bıçağı altına yatır. Bunun nəticəsində insanların xarici görünüşündə eyniləşmə, fərdiliyin və orijinallığın itməsi müşahidə olunur.
 
Estetik əməliyyat sevdası…
 
Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı bildirib ki, qadınlar əsasən rəqibləri üçün gözəlləşmək istəyirlər. 
 
“Estetik əməliyyatlar etdirmiş bir xanım və psixoloq kimi deyə bilərəm ki, qadın heç bir şeyi kişilər üçün etmir. Belə desək qadınlar elə qadınlar üçün bəzənir. Rəqabət əslində qadınların öz arasındadır və kişilər ilə heç bir əlaqəsi yoxdur”, - deyə mütəxəssis qeyd edib.
 
 
Estetik əməliyyatlar – psixoloji pozuntu, yoxsa dəb? 
 
Bu barədə danışan psixoloq deyir ki, estetik əməliyyatlar insanlara görə dəyişir. 
 
“İnsan var ki, onun həqiqətən əməliyyata ehtiyacı var. İnsan da var ki, bu onda psixoloji faktordur, əslində isə problem yoxdur. Hər kəs edir və onların gözəlləşdiyini görüb düşünür ki, o da bu yolla kompleksini aşa bilər. Amma bu zaman peşəkar həkimlər bunun heç də doğru olmadığını, psixoloji amil olduğunu görüb pasiyentə başa salırlar və əməliyyatdan yaxud hər hansı bir prosedurdan imtina edirlər. 
 
İkincisi, bir əməliyyat digərinə gətirib çıxarır və əməliyyatlar alışqanlıq yaradır. Daha mükəmməlinə can atan psixoloji həssas insanlar bu durumda tora düşürlər”. 
 
 
Eskpertin sözlərinə görə insanlar estetik əməliyyatlarda psixoloqa müraciət etməlidirlər. Bu onlarda istər əməliyyat öncəsi, istərsə də sonra psixoloji prosedura hazır olmaları üçün xüsusi əhəmiyyət kəsb edir.  
 
“Estetik əməliyyatlardan sonrakı bəzi proseslər, ağrılar həyatı boyu insanları izləyir. Təbii ki, onların çoxu bu barədə məlumatsız olur. Bu isə əməliyyata getmək riskindən qorxmamağa gətirib çıxarır. Yaxşı olardı ki, hər bir plastik cərrah yanına gələn estetik əməliyyat ehtiyacı olan və olmayanı bir psixoloq rəyindən keçirib konsultasiyadan sonra əməliyyata alınardı. Çünki elə insanlar var ki, onların həqiqətən də  plastik əməliyyata ehtiyacları var. Elə insanlar da var ki, heç bir problemi yoxdur, amma özünü narahat hiss edir. Həm də həkim də rahat olar ki, pasiyentin buna həqiqətən də ehtiyacı var və əməliyyata sağlam qərar verir”.
 
Plastik cərrahiyyədə bu necə qiymətləndirilir?..
 
 
Mövzu ilə bağlı plastik cərrah Rəşad Babayev isə bildirib ki, tibbin, elmin inkişafı nəticəsində estetik cərahiyyə əməliyyatlarda ağırlaşmaların aradan qaldırılması, zamanın qısa və ya uzun olması, risklərin minimuma endirilməsi ilk növbədə insanlarda bu əməliyyatlara qorxusunu aradan qaldırır. 
 
 
“Bu gün anesteziyanın kifayət qədər zirvədə olması, anesteziyoloji dərmanların əlavə təsirinin mimimuma enməsi cərrahiyyə əməliyyatlara əks göstərişlərini azaldır. Əvvəllər əgər 1-2 saatdan uzun çəkən estetik əməliyyatlara gedilmirdisə bu gün 7-10 saat uzanan əməliyyata getmək mümkündür”.
 
Həkim cərrahın sözlərinə görə, əməliyyat öncəsi müayinələr zamanı pasiyentin hazırlanması çox vacibdir bir prosesdir. 
 
“Müayinələrdə müəyyən qradiyentlər var ki, biz onları keçmirik və bununla da əməliyyatlarımızı sığortalamış oluruq. Əsas məqsəd odur ki, əməliyyatdan sonrakı ağırlaşmalar az olarsa insanlar özləri üçün kompleks yaratdıqları hər hansı bir nahiyələrini estetik əməliyyatlarla aradan qaldıra bilərlər. Bu baxımdan insanlar artıq görürlər ki, ətrafdakı tanışları, digər ölkə və bölgələrdə olan insanlar estetik olunub kompleksdən qurtulurlar və ona görə də əməliyyata getmək istəyirlər”. 
 
O vurğulayıb ki, insanlar plastik əməliyyatla bağlı mütləq şəkildə həkimin fikrinə önəm verməlidirlər. 
 
“Bəzən pasiyent gəlir ki, mənə əməliyyat lazımdır, amma biz onu tövsiyyə etmirik. Hətta dünən əməliyyat etdiyim pasiyent bədən quruluşunda onun ölçülərinə proporsional olaraq uyğun gəlməyən bir forma istədi, amma biz onu fikrindən daşındırdıq. Əgər bir insan həkimə inanıb gəlirsə, onun fikirlərinə də inanmalıdır. Sözsüz ki, hər bir həkimin öz gözəllliyi görmə anlamı var. Plastik cərrahiyyədə müəyyən bir diapazonlar. Məsələn 7-dən 10-a qədər, A-dan C-yə qədər bir normativ var. Kimisi A, kimisi B, kimisi C seçir. Hər bir plastik cərrah bu normativlərdən birini seçərək onu cərrahiyyə əməliyyatlarında canlandırır. Bu baxımdan plastik cərrahların standartları fərqli ola bilər”.
 
Gülnar Səlimova
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı