FHN ötən sutka xilas edilənlərin statistikasını açıqladı - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

FHN ötən sutka xilas edilənlərin statistikasını açıqladı

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və 1 köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
 
FHN-in mətbuat xidmətindən Ednews-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb və insanların həyatının xilas edilməsi təmin olunub.
 
Sutka ərzində FHN-in qüvvələri tərəfindən ümumilikdə 5 nəfər, o cümlədən paytaxtın Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəqliyyat vasitəsinin arasında sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib.
 
Həmçinin Bakı şəhəri Binəqədi rayonunda baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...