Sabirabad rayonunun Suqovuşan kəndində kişi meyiti tapılıb.
Ednews xəbər verir ki, həmin şəxsin Sabirabad rayonunun Əsədli kənd sakini, 1958-ci il təvəllüdlü Əsgərov Əsəd Gülmirzə oğlu olduğu müəyyən edilib.
Bildirilir ki, o, 2022-ci il yanvar ayının 28-dən itkin düşüb.
Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.