FHN ali məktəbdə yanğın-taktiki təlimi keçirdi - VİDEO - FOTOLAR - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

FHN ali məktəbdə yanğın-taktiki təlimi keçirdi - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən Avrasiya Universitetində “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.
 
Ednews FHN-in saytına istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd DYMX-nin Bakı qarnizonunun yanğından mühafizə hissə və bölmələrinin şəxsi heyətinin yüksək saylı çağırış üzrə yanğınların söndürülməsi bacarıqlarının daha da artırılması, əməliyyat şəraitinin operativ qaydada qiymətləndirilməsi, cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi, rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, təxliyənin təşkili və digər zəruri döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.
 
Təlimə Bakı şəhərinin Nərimanov, Binəqədi, Nəsimi, Nizami və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
 
Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ yetişən yanğınsöndürmə qüvvələri universitetin 3-cü və 4-cü mərtəbələrində “köməksiz vəziyyətdə qalan” tələbələri xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “xilas ediblər”. Həmçinin, 2-ci mərtəbədə baş vermiş şərti yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə “söndürülüb”.
 
Uğurla həyata keçirilən təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə əməkdaşların yanğın-taktiki təlim zamanı fəaliyyətləri müzakirə olunub, peşə hazırlığının daha təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.
1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...