"Azərbaycan haqqında məlumatlar "Əl-Cəzirə"də yayımlanacaq" - Sami Əl Hacc - ednews.net

24 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Azərbaycan haqqında məlumatlar "Əl-Cəzirə"də yayımlanacaq" - Sami Əl Hacc

Cəmiyyət A- A A+

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində Əl-Cəzirə Media Şəbəkəsi ilə BAMF arasında uzunmüddətli münasibətləri rəsmiləşdirən əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilir.  

Tədbirdə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc çıxış edib.

"Biz son 10 ildə Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə yaxın əməkdaşlıq edirik. Mən ilk dəfə Umud Mirzəyevlə Keyptaunda Beynəlxalq Mətbuat İnstitutunun tədbirində tanış oldum. Biz o zaman həmin təşkilatın üzvü idik. Biz jurnalistlərin söz azadlığı üçün belə bir tədbirə qatılmışdıq. Bu gün biz artıq BAMF ilə memorandum imzalamaq üçün buradayıq. Bizim Dohada 70-ə yaxın ofisimiz var. Biz buradan Umud Mirzəyevin dəstəyilə məlumatlar, eyni zamanda Azərbaycan və Bakı haqda sənədli filmlər hazırlayacağıq.

"Biz keçən il jurnalistlər üçün təlim təşkil etdik. Bu jurnalistlərin təhlükəsizliyi ilə bağlı tədbir idi. Ümid edirəm ki, bu memorandumu imzaladıqdan sonra bizim bir çox tədbirlərimiz təşkil olunacaq və Azərbaycan haqqında məlumatlar "Əl-Cəzirə"də ərəb və ingilis dili depatamentləri tərəfindən hər zaman yayımlanacaq", - deyə qurum rəsmisi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...