Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində təmir zamanı bədbəxt hadisə baş verib.
Ednews bizim.media-ya istinadən xəbər verir ki, köhnə məktəbdə inşaat işləri aparılan vaxt bina çöküb.
Hadisə nəticəsində orada işləyənlərdən 3 nəfər ölüb, bir neçəsi yaralanıb.
Faktı təsdiqləyən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, ölənlər və yaralananlar arasında məktəbli yoxdur.