Umud Mirzəyev: - “Azərbaycanda olan mina problemi çox ciddi bir problemdir” - VİDEO - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Umud Mirzəyev: - “Azərbaycanda olan mina problemi çox ciddi bir problemdir” - VİDEO

Cəmiyyət A- A A+
"Bu gün çox maraqlı və önəmli bir tədbirin iştirakçısı olduq. Konfransın tərkibi, təmsil olunan ölkələrə, təşkilatlara baxdıqda nə qədər möhtəşəm bir tədbir olduğunun fərqinə varmaq olar". 
Ednews xəbər verir ki, bu sözləri  Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda  əhəmiyyəti və davamlılığı ilə bağlı çıxış edərkən bildirib.
 
 
“Azərbaycanda olan mina problemi çox ciddi bir problemdir. Bu problemə həm beynəlxalq təşkilatların, həm burada iştirak edən səfirliklərin, müxtəlif ölkələrdən gələn nümayəndələrin marağına diqqət yetirəndə həm də fərqinə varırıq ki, bunu hər kəs öz problemi kimi qəbul edir”. 
 
 
O vurğulayıb ki, mina problemini həm bu təşkilatlar, həm  vətəndaş cəmiyyəti qurumları, həm də media qurumları olaraq biz gündəmdə saxlamaq vacibdir. Sonda Umud Mirzəyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamağı da unutmadı.
 
“Bunu bir an da olsun unutmaq olmaz. Bu gün konfransda səsləndiyi kimi minilliyin Davamlı İnkişaf Məqsədləri ilə bağlı 18-ci bəndin olması ilə bağlı təşəbbüslər də oldu. Mənə elə gəlir ki, bununla bağlı da biz təşəbbüslərimizi davam etdirməliyik və növbəti illərdə də bu kimi platformaların, tədbirlərin keçirilməsinə ehtiyac var. Tədbirdə də bu fikirlər səsləndi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...