"Şagird olanda mənim nə video, nə də şəklim olub" Sosial şəbəkədə şagirdləri ilə paylaşımlar edən LEYLA QARAZADƏ

Cəmiyyət 14:39 02.04.2022

Martın 28-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil bloqeri” müsabiqəsinə start verilməsi hər kəsə məlumdur. Qeydiyyatı ayın 20-nə qədər davam edən müsabiqənin keçirilməsində məqsəd, fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, təhsillə əlaqəsi olan şəxslərin ictimaiyyətə tanıdılmasıdır. Onu da qeyd etmək yerinə düşər ki, bu layihənin həyata keçirilməsində Lənkəran rayonu Jidi kənd ümumi orta məktəbinin müəlliməsinin rolu danılmazdı. Onun sosial şəbəkələrdə yayımladığı video və fotolar nəinki cəmiyyətdə, hətta Nazirlik tərəfindən də yüksək qiymətləndirildi. Özünün də dediyi kimi müəlliməliyin təkcə peşəkar tərəfini deyil, həm də psixoloji tərəfini göstərməyə nail oldu. Biz də Ednews olaraq Leyla müəllimə ilə həm mövzu, həm də şagirdlərə olan münasibəti, ideyanın yaranması ilə bağlı müsahibə apardıq.

- Sizi öncəliklə səmimi qəlbdən təbrik edirəm. Yəqin ki, Təhsil Nazirliyinin yeni layihəsindən xəbərdarsınız. Əminəm ki, bu elə məhz sizin etdiyiniz təşəbbüs hesabına başa gəlib. Fikirləriniz bizim üçün çox önəmlidir. Bu dəyişiklə bağlı fikirləri dilinizdən eşidək.

Müəllimin məktəbə, şagirdə, valideynə ümumilikdə cəmiyyətə faydası varsa, bunu niyə də sosiallaşdırmayaq?! Çünki bununla biz digər şəxslərə də müsbət təsir göstərərik. Elə mənim videoları sosiallaşdırmaq istəyim ətrafdan gələn geri dönüşlərin nəticəsidir. İnsanlar bunu təkcə onların deyil, hər kəsin görməsi lazım olduğunu dedilər. Əslində bu paylaşımlarda müəllimin peşəkar olması ilə yanaşı, uşaqların psixologiyasından da anlamalı olduğunu bildirilir. Paylaşımlarla bağlı insanların reaksiyalarından məlum olur ki, onların necə də xırda motivasiyaya ehtiyacı var. Belə layihənin keçirilməsi də inanıram ki, şagirdlərdə  müsbət irəliləyişlərə gətirib çıxaracaq.

- Şagirdlərinizlə olan səmimiyyətiniz, onlara əsl müəllimə, başqa sözlə ana kimi davranmağınız göz önündədir. Bəs necə qərara gəldiniz ki, bu münasibəti ictimailəşdirəsiniz? Bunun səbəbi nədir? Sizi buna nə vadar etdi?

- Bu fikir məndə iki il öncə yarandı. Əslində səbəbi də var. Hər dəfə uşaqlarla xəyallarından, uşaqlıq xatirələrindən söhbət edəndə onlar deyirdilər ki, bizim uşaqlıq şəklimiz, videolarımız azdır, demək olar ki, yoxdur. Dağətəyi kənd camaatına telefon, internet olmadığı üçün onların uşaqlıq şəkilləri də yoxdur. Bu da məni məyus etdi. Bir anlıq özümü xatırladım. Mənim də şagird olarkən məktəbdə nə şəklim, nə də videom olmayıb. Düşünürdüm ki, şagirdlərimin şəkil, videolarını çəkəcəm və onlar böyüyüb sənət sahibi olduqdan sonra özlərinə göstərəcəm. Getdikcə siniflər çoxalır, şagirdlərin sayı artırdı. Gördüm ki, mən bu şəkilləri çəkib telefonumda heç cürə saxlaya bilmərəm, çoxluq təşkil edəcək. Bu şəkilləri də həmin vaxt “Whatsapp”da paylaşırdım. Qohumlarım, tanışlarım, müəllimə yoldaşlarım deyirdi ki, bu bizə çox müsbət təsir edir. Hətta öz tələbə yoldaşım müəllimliyi bitirsə də özəl peşələrə yiyələndilər. Onlar da bu videolara baxaraq – “mənim müəllimliyə heç həvəsim yox idi, ancaq bu videolardan sonra çox həvəslənirik, - deyə mənə bildirirdilər. Elə bundan sonra videoların çoxluğundan belə bir səhifə açmaq qərarına gəldim. Və çalışdım ki, sadəcə video üçün deyil, orada həm psixoloji, həm də pedoqoji nəsə ötürüm. Elə buna görə də müsbət rəylər aldım. Bu mənim üçün çox xoş hissdir.

- Mən onların göy qurşağı, onlar mənim rənglərimdir deyirsiz. Həyatı rəngləndirən bu uşaqlarla işləmək, onlara təhsil vermək necə hissdir? Hisslərinizi başqa cür necə ifadə edə bilərsiniz?

- Bu cümlə mənim müəllim işlədiyim dövrdən bəri işlətdiyim sözdür. Göy qurşağına gözəllik verən rənglərdir, amma rənglərin cəmləşdiyi yer də göy qurşağıdır. Müəllimin də gözəlliyi, ulduzları, kəpənəkləri onun şagirdləridir. Mən həmişə deyirəm ki, kəpənək uçuran müəlliməm. Çünki əgər kəpənəkləri uçmağa qoysaq, onların qanadlarının gözəlliklərini, rənglərini görərik. Amma bunun əksi olsa - biz onları uçmağa qoymasaq onlar zaman-zaman məhv olacaqlar. Onlar uçanda qanadlarının rəngləri mənim göy qurşağımı əmələ gətirir. Beləliklə məndə bütün rənglər cəmləşir və rənglər də nə qədər çox olsa o qədər göy qurşağı olacaq, bu da gözəl həyat deməkdir. Biz də əl-ələ verib, dünyamızı rənglətməliyik.

- Səhifənizin adı yerdə ulduzlardır. Niyə məhz yerdə ulduzlar?

- Gecə göy üzünə baxdıqda bizimçün əlçatmaz görsənən ulduzlar, onların parıltısı, onlara toxunmaq, onların gözəlliyini daha da yaxından görməkdir. Lakin nə qədər əlçatmaz olsa da bir o qədər əlçatandır. Əlçatmazı,əlçatan etmişik. Çünki məncə göydəki ulduzların parıltısından çox yerdəki ulduzların parıltısı var. Bu parıltı isə göyü deyil, yer üzünü işıqlandırır. Mən də inanıram ki, bu ulduzların parıltısı hər yana yayılacaq.

- Müəlliməlik çox çətin sənətdir. Həm öyrənirsiz, həm öyrədirsiz. Kənd məktəbində təhsil vermək isə olduyqca çətindir. Ucqar rayonlarda daha çətin. Bu qərara necə gəldiz? Özünüz haqdadanışa bilərsizmi?

- Tələbəlik illərimdən düşünürdüm ki, harada mən şam kimi yanıb şagirdlərə, cəmiyyətə işıq bəxş edəcəmsə, harada mən özümü həqiqətən müəllim kimi hiss edəcəmsə orada müəlliməm. Hər zaman da arzum olub ki, belə kənd məktəbində işləyim. Düşünəndə ki, bir neçə evdən sinfə fərqli şagirdlər gəlir, hər evdən səhər işıqlar yanır və onlar həvəslə müəllimin görüşünə gəlir, müəllim indi bizə nə dərs deyəcək, necə sevindirəcək deyə fikirləşirlər.... Mən bunun vurğunuyam, peşəmin vurğunuyam. Bu hissləri bilən isə ən ucqar rayonda olan məktəb belə insana xoş gəlir. Həm də burda mənim ailəm də yaşayır. İnsan da ən çox ailəsinin yanında xoşbəxt olur. Bu isə mənim daha da xoşbəxt olmağıma səbəbdir. Bütün kənd məktəblərində işləyən müəllimlərin hər birinə təşəkkür edirəm. İnanıram ki, onlar da ulduzları parıldadırlar.

- Bu təşəbbüsü başladanda sizə qarşı çıxanlar yəqin ki, oldu. Çünki çox insan uşaqlarının şəkil, videolarının sosial şəbəkələrdə paylaşılmasına qarşıdır. Onları necə razılaşdırdınız?

- Mən ilk götürdüyüm buraxılış sinif və sonrakı siniflərdə valideynlərdən icazə almışam, söhbət aparmışam. Təbii ki, valideyn razı deyilsə onu paylaşmaq düzgün deyil. Çünki müəllim-şagird-valideyn üçbucağı var ki, bu üçbucağı qorumaq lazımdır. Hansısa tərəf narazı olsa orda işlər düzgün getməz və keyfiyyət yüksək olmaz. Əgər müəllimlər müsbət işlərlə məşğuldularsa, inanıram ki, belə müəllimlər çoxdur və bu halda niyə də ictimailəşdirməyək? Niyə başqalarına da videolardan müsbət təsir etməyək?! Bu da məktəbin və valideynlərin icazəsindən asılıdır.

- Son olaraq müəllimlərin uşaqlarla necə davranmasını istərdiniz? Tövsiyyələriniz nədir?

Müəllimlərə, müəllimlik peşəsinə və müəllim adına layiq olmalarını tövsiyyə edirəm. Bu peşəni vicdanla yerinə yetirən müəllimlər çoxdur. Onlara səslənirəm gəlin bir olaq, əl-ələ verək və dünyamızı boyayaq.

Ləman Abbaslı

 


Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı