Həsənağa Turabov oğlunun yasına gələn Siyəzən polislərini niyə danışdırmayıb? Hadisə şahidi DANIŞIR

Cəmiyyət 13:41 07.04.2022
Cinayətkar Əlişir Tağıyevin həbs əməliyyatı 1997-ci ildə ən səsli-küylü hadislərindən biri idi. Əməliyyat zamanı Xalq artisti Həsənağa Turabovun oğlu polis zabiti Daşqın Turabovun həlak olması isə hadisənin bir an içində bütün ölkədə yayılmasına səbəb oldu. 
 
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, əməliyyat-qrupuna rəhbərlik etmiş, Daşqın Turabov güllələnən zaman bir addımlığında olmuş İmran Mustafayev hadisə ilə bağlı danışıb:
 
"Həyatda alın yazısı deyilən bir məfhum varmış. İnsan hara qaçıb getsə də,uzaqlaşsa da alın yazısı dediyimiz mif onu tutur, yaxalayır, qaça bilmir o alın yazısından. Daşqın Turabov da öz alın yazısının qurbanı oldu”.
 
O zaman Siyəzən rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini işləmiş İmran Mustafayev illər sonra faciə ilə nəticələnən "Əlişir" əməlliyyatı haqda ilk dəfə Bizim.Media-ya danışıb. Onun sözlərinə görə, həmin gün özü Bakıya ezamiyyətə getməli idi.
 
Şikayətə gələn yaşlı bir qadının dedikləri və şikayətçi olduğu şəxsin qoyduğu tələb ezamiyyət planını ertələməyə səbəb olub:
 
"Vəziyyət doğrudan təhlükəli idi. Rəisə məruzə etdim. Əlişirin yaxalanması üçün əməlliyyat planı qurduq. Bir neçə qrup təşkil etdik. Qrupun birinə rəhbərliyi mən edirdim".
 
İmran Mustafayev danışır ki, həmin gün - martın 10-da Daşqın Turabov Bakıdan ekspertizadan təzəcə qayıtmışdı:
 
"Biz onun maşını ilə şöbənin qarşısında üz-üzə gəldik. Daşqın idarə etdiyi "Qaz-24 "nü saxlayıb hara getdiyimizi soruşdu. Mən vəziyyəti dedim. Daşqın dedi, mən də gəlirəm, dedim, yox, sən ekpertizadan gətirdiyin sənədləri təhvil ver, işini başa çatdır".
 
Sabiq rəis müavini danışır ki, biz həmin ünvana yenicə  çatmışdıq ki, bir də gördük, Daşqın dözməyib gəlib yanımıza. O, Əlişiri tanıyırdı, yaxın münasibətləri vardı.
 
Daşqın elə bilirdi ki, Əlişir onu eşidəcək, silahı təhvil verəcək, özünə arxayın idi:
 
"Aralıq küçə idi. Biz addım səslərini eşitdik. Birdən Daşqın irəli atıldı - "Əlişir, mənəm, Kərbalayıdır" - deməsilə qarşı tərəfdən atəş açıldı. Mən irəli atılıb Əlişiri tutdum, əlindəki avtomatın lüləsinin istiqamətini dəyişə bildim. Belə etməsəydim, o, ətrafdakıların hamısını güllələyəcəkdi. Mənim fikrim onu tutmaq idi. Biz bir neçə dəqiqə süpürləşdik, Əlişir xeyli müqavimət göstərdi, nəhayət mən ondan avtomatı almağa müvəffəq oldum, sərxoş, həm də narkotik qəbul etmiş Əlişiri belə ələ keçirdik".
 
Amma açılan 13 güllədən 6-sı Daşqına dəymişdi. Qarın nahiyəsindən və sinəsindən ağır güllə yarası alan Daşqına həkimlər kömək etməkdə aciz qalmışdılar. Dərhal lazımi tibbi yardım edilsə də onu xilas etmək mümkün olmadı. Mən içəri  keçəndə "Daşqın, necəsən?" - deyib soruşanda dinmədi, başını buladı. Artıq gec idi. Daşqın "Mən ölmək istəmirəm" deyərək, kəlmeyi-şəhadətini oxudu və..."
 
İmran Mustafayev Daşqın Turabovun vaxtsız ölümü ilə heç cür barışmadığını, uzun müddət onun təsiri altında qaldığını deyir: 
 
"Daşqın məşhur oğlu idi. Heç vaxt bununla öyünməzdi. Dilinə gətirməzdi ki, mən xalq artistinin oğluyam. Çətinlikdən qorxmayan, təhlükənin içinə varan, ölümün gözünün içinə dik baxan idi. Bunu sübut etdi də. Əməliyyat qrupunda olmasa da bizim yanımızda oldu və həyatı bahasına başa gəldi bütün bunlar".
 
İllər sonra o müdhiş olayı xatırlayan İmran müəllim Daşqından sonra çox yaşamayan Həsənağa Turabovla bağlı sualımızı da cavablandırdı:
 
Belə deyirlər ki, Həsənağa Turabov yas mərasimində Siyəzəndən gələn polisləri danışdırmayıb, doğrudurmu?
 
"Həsənağa Turabov heç kimlə danışmırdı, dinmirdi. Sadəcə, bir nöqtəyə baxırdı. O hey susurdu. Mənə, indi xalq artistimiz olan, Ramiz Novruz yaxınlaşdı, Əlişiri tutduğuma, silahı əlindən aldığıma görə təşəkkür etdi.
 
Anladıq ki, Turabovlar ailəsi və dostları əməliyyatın nəticəsindən məlumatlıdırlar. Bu, həm də onların insan taleyinə - Daşqının həmkarlarına biganə qalmamalarından xəbər verir", - deyə keçmiş rəis müavini söhbətinə nöqtə qoyur.
 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı